Azərbaycana uğur gətirəcək böyük plan: Naxçıvan blokadadan çıxır

Yeniliklər 12 Yanvar 2017 19:39 Oxunub 2696
Azərbaycana uğur gətirəcək böyük plan: Naxçıvan blokadadan çıxır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmi səkkiz ay ərzində “Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirdi

Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirməkdə davam edir. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri ilə dünyanın diqqətini çəkən ölkəmizin imza atdığı daha bir layihə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işləməsi üçün atılan addımlardır. Cəmi səkkiz ay ərzində “Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirdi. Layihənin məqsədi, strateji əhəmiyyəti nədir? Prespektivdə Azərbaycan iqtisadiyyatı “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən nə əldə edəcək hər kəsi maraqlandıran suallardan biridir.

Layihənin tarixi

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonradan Belarusiya, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna layihəyə qoşulub. Azərbaycan isə bu sazişə 2005-ci il sentyabrın 20-də qüvvəyə minən 948-IIQ nömrəli qanunla qatılıb. 10 il sonra - 2015-ci ildə avqust ayında Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini – İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin görüşündə layihə üzrə işçi qrupunun yaradılması qərara alındı. 2016-cı ilin sonuna qədər Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutuldu. Cəmi səkkiz ay ərzində “Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirdi

 Dəhlizin məqsədi

 Dəhlizin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsidir. Eləcə də üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, üzv-dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılmasıdır. Dəhlizin marşrutlarına gəlincə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya Federasiyası, Baltikyanı dövlətlər, daha sonra Şimali və Qərbi Avropa və əksinə istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının (istər mövcud olan, istərsə də yeni yaradılacaq) bütov bağlılığını əks etdirir.

Dəhliz üzrə əsas daşınmalar Şimali və Qərbi Avropadan başlayaraq, Rusiya ərazisində Buslovskaya-Sankt-Peterburq-Moskva-Ryazan-Koçetovka-Rtişevo-Saratov-Volqoqrad-Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İran istiqamətində 3 əsas marşrut üzrə həyata keçirilməsi nəzərdə tutulur:

1.Transxəzər marşrutu: Rusiya tərəfindən marşrut Həştərxan, Olya və Mahaçqala, İran tərəfindən isə Ənzəli, Əmirbada və Nouşəhr limanlarından İran ərazisinə;

2. Şərq marşrutu: Qazaxstan və Türkmənistandan keçməklə birbaşa dəmir yolu ilə İran ərazisinə;

3. Qərb marşrutu: Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisindən dəmir yolu ilə Samurdan Astarya, daha sonra isə Azərbaycan dəmir yolları ilə İran dəmir yollarının birləşdirilməsini nəzərdə tutan yeni tikiləcək Astara (Azərbaycan)-Astara(İran)-Rəşt-Qəzvin dəmir yolu xətti ilə İran ərazisinə.

Hər üç marşrut İran ərazisi ilə davam edərək Fars körfəzinə və Hindistana qədər uzanacaq. Bu da Cənubi və Cənub-Şərqi Asiya ölkələri ilə Avropa ölkələri arasında daşımaların, yüklərin dəniz yolu ilə daşımalarına nisbətən daha qısa zaman kəsiyində və sərfəli qiymətlərlə həyata keçirilməsinə imkan yaradacaq. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissələri olan bu marşrutlarda daşımaların həcmi son nəticədə ən sərfəli texniki, istismar, tarif və digər şərtlərdən asılı olacaq

Azərbaycanda görülmüş işlər

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur. Layihə çərçivəsində Astara stansiyasından İran sərhədinə qədər 8.3 km yeni dəmir yol xəttinin, buradan hər biri 1050 m olan 4 əlavə stansiya yollarının, Astara (Azərbaycan)-Astara(İran) sahəsində yeni dəmir yolu, avtomobil və piyada körpülərinin tikintisi aparılır. Dəhlizin Azərbaycan üçün əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədi ilə prezident İlham Əliyev tərəfindən 07 dekabr 2015-ci il tarixində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikası ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalanıb. Sərəncamda qaldırılan məsələlərin həlli istiqamətində qısa müddət ərzində mühüm işlər görülüb.

Azərbaycan üçün perespektivləri

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşımalarının həcmi birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon tondur. Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatıdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dollardan çox vəsaitə qənaət edilməsi imkanı var. Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Bu baxımdan Azərbaycan üçün "Şimal-Cənub" nəqliyyat dəhlizi strateji əhəmiyyət kəsb edir.

 

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir. Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir. Azərbaycan Rusiyanın Cənuba, İranın isə Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsində mühüm rola malik olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh