Alimlərdən yeni iddia - Ayın yaşı məlum oldu

Maraqlı 12 Yanvar 2017 19:41 Oxunub 1391
Alimlərdən yeni iddia - Ayın yaşı məlum oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlərin fikrinə görə, Ayın 4.51 milyard yaşı var

Alimlər Ayın təxmini yaşını hesablayıblar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Los-Ancelsdəki Kaliforniya universitetinin alimləri Yerin təbii peykinin yaşını hesablayıblar. Alimlərin fikrinə görə, Ayın 4.51 milyard yaşı var. Bu kəşfdən sonra alimlər müəyyən ediblər ki, Ayın yaşı əvvəl düşünüldüyündən çoxdur. Bu fərq 40 və 140 milyon il arasına dəyişir.

 

Alimlər "Apollon-14" kosmik gəmisinin 1971-ci ildə Aydan gətirdiyi sirkon maddəsini analiz edərək bu qənaətə gəliblər. Alimlərin sözlərinə görə sirkon geoloji tarixi yaxşı saxlayan maddədir.

 

Sonuncu tədqiqat sübu edir ki, Ay Günəş sistemi yaranandan 60 milyon il sonra peyda olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh