Benzinin qiyməti bahalaşacaq - Azərbaycanda

Gündəm 12 Yanvar 2017 19:48 Oxunub 30969
Benzinin qiyməti bahalaşacaq - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşacaq. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, etibarlı mənbədən əldə etdiyi məlumata görə, "AI-95 Premium" benzinin 0,93 AZN-dən 1,10 AZN-ə qədər artırılacağı gözlənilir.

Qeyd edək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur.

***

Son məlumatlara görə, "AI-95 Premium" benzinin 0,93 AZN-dən 1,05 AZN-ə qədər artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh