Sürücülərin diqqətinə! - Avtomobilin hava filteri sizi ziyana sala bilər - VİDEO

Avtoxəbər 13 Yanvar 2017 02:53 Oxunub 15568
Sürücülərin diqqətinə! - Avtomobilin hava filteri sizi ziyana sala bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin ''injektor işığı'' kimi tanıdığı işığın yanması yanacaq sərfiyatını artırır

Son dövrlər Bakıda bir çox maşında sürücülərin ''injektor işığı'' kimi tanıdığı işıq yanır. Bu isə yanacaq sərfiyatını artırır, mühhərikin iş sistemini pozur. Buna görə əksər sürücülər böyük xərclər çəksə də, mütəxəssislər problemin hava filterini zamanında dəyişməməkdən qaynaqladığını bildirir. 

Mütəxəssislər son zamanlar injektorun işığının yanması hallarının artmasını, avtomobilin mühhərikində olan oksigen sensorunun sıradan çıxması ilə izah edirlər. Bu hal yanacaq sərfiyyatına da təsir edir. Oksigen filteri xarab olan avtomobillərdə benzin sərfiyyatı hətta 30 faizə kimi arta bilir.

Avtomobillər üçün hava filterinin qiyməti marka və modelindən asılı olaraq, 8-15 manat arasında dəyişsə də, oksigen sensorunun qiyməti 80-120 manat arasındadır. Bakıda adətən hava küləkli və tozlu olduğundan sürücülər xüsusi ilə diqqətli olmalı,  həm mühərrik, həm də avtomobilin salonunun hava filterini mütəmadi olaraq dəyişdirməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh