Yol polisi reyd keçirib bir gecədə 50 sürücünü cərimələdi - FOTO

Yol polisi 13 Yanvar 2017 02:57 Oxunub 1948
Yol polisi reyd keçirib bir gecədə 50 sürücünü cərimələdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dörd sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilib

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə reyd rayon mərkəzində və Artupa kəndi yaxınlığında təşkil edilib. Astara Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimzadənin sözlərinə görə, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq olub. "Reyd zamanı 50-yə qədər nəqliyyat vasitəsi saxlanılıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərək kobud qanun pozuntusuna yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barədə inzibati protokol tərtib olunub. Dörd sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilib" – deyə o bildirib.

Qeyd edək ki, reyd zamanı yol polisi əməkdaşlarının "Saxla!" işarəsinə əməl etməyərək aradan çıxmağa cəhd göstərən sürücülər də olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh