Gözləyin! Gözləyin! Keçin! - Piyada keçidindən - REPORTAJ - VİDEO

Yazarlar 13 Yanvar 2017 15:58 Oxunub 2196
Gözləyin! Gözləyin! Keçin! - Piyada keçidindən - REPORTAJ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz cəriməni ödəməyəcəyik, ona görə pozitiv qarşılayırıq"

Adətən, yolun qadağan olunmuş hissəsindən keçən şəxslər cərimələnərkən kameraların onları çəkməsini istəmir:

-  Xanım, çəkməyin də zəhmət olmasa....

- Orada taksilər saxlayıb, gedin onlara cərimə yazın ki, yolda tıxac yaradırlar.

- Biz ödəməyəcəyik, ona görə pozitiv qarşılayırıq.

- Qanun hamı üçün qanundur.

Çəkiliş apardığımız müddətdə bir çoxları işıqforun tələblərini pozaraq piyada keçidindən düzgün istifadə etmədikləri, bəziləri isə piyada keçidinin müəyyən olunmamış hissəsindən keçdikləri üçün cərimələndi.

- Xanım, piyada zolağından istifadə etmədiyi üçün, qanunsuz yoldan istifadə etdiyi üçün vətəndaşı saxlamışıq. Xanım özünü təqdim etməkdən imtina edir. Xanımın biri özünü təqdim edib, yanındakı xanım özünü təqdim etmir.

- Çəkməyin də, yoldaşım icazə vermir, demirəm.

- 20 manat məbləğində cərimə olunmalıdır. Hazırda protokol tərtib edirəm.

- Fikir vermədik. İlk dəfədir səhv keçirik. Gördük keçirlər, biz də çatdırmadıq keçdik.

Bununla belə, polislə mübahisə edən piyadalar da vardı:

- Mən ordan keçmişəm, burda piyada keçidi qoyublar, orda qoymayıblar. Qoysunlar burada keçid, mən qayda pozuntusu etmərəm. Mən bilmirəm ki, buradan keçmək olmaz. Mən o tərəfdən gəlirəm, bu nöqtəyə gəlmək üçün niyə fırlanmalıyam.

- Siz inzibati xəta törətmisiniz, düzdür?

- Hə, sizin qaydanızla elədir.

- 20 manat ödəyəcək. Tez ödəsə, güzəşt olunacaq.

- Mənə güzəşt edən indi edir.

- Mən etmirəm, qanunlarımız edir.

- Hər bir cəriməni 1 aydan tez ödəyəndə 10 faiz güzəşt olur.

- Siz oradan keçsəniz, tıxac yaranacaq. Ona görə də müəyyən məsafə nəzərdə tutulub buna görə də piyada keçidi burada qoyulub.

Cəriməni pozitiv qarşılayan iki xanım isə çox maraqlı açıqlamalarla diqqəti çəkdi: "20 manat cərimə yazılıb. Səhər rəfiqəmə yazılmışdı axşam da mənə yazıldı. Rəfiqəyik, tək qoymaq istəmədim. Mən Nərimanovda səhv keçmişəm yolu, rəfiqəm isə burda. Baxdım, Nərimanovda keçid yox idi mən də keçdim. Xanımlarla keçirdim, onları saxlamadılar, məni saxladılar".

Metronun "Xətai" stansiyası yaxınlığındayıq. Burada nümunəvi vətəndaşlara rast gəlsək də, işıqforun tələblərini yerinə yetirməyən piyadalar da vardı.

Qeyd edək ki, işıqforun tələblərini pozan və yolun müəyyən olunmuş hissəsindən keçməyən piyadalar 20 manat məbləğində cərimə edilir. Əgər 10 gün ərzində bu cərimə ödənilirsə, vətəndaşa 5 faiz güzəşt olunur və 18 manat ödəyir. Yox, əgər vətəndaş bir ay müddətində cəriməsini ödəməzsə, o zaman həmin məbləğin üzərinə faiz gəlir.  

Mübahisə etmək əvəzinə qanunlara tabe olsaq, daha məqsədəuyğun olar, deyilmi? Çünki qanun hər birimiz üçüm qanundur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh