Polkovnikin həyat yoldaşının öldüyü qəzadan - ŞOK XƏBƏR - YENİLƏNİB

Gündəm 13 Yanvar 2017 16:06 Oxunub 21372
Polkovnikin həyat yoldaşının öldüyü qəzadan - ŞOK XƏBƏR - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xanım sürücü həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb

Azərbaycan Dövlət İqtisad Universitetinin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın öldüyü qəzanın yeni təfərrüatları məlum olub.

Qeyd edək ki, qəza zamanı xanımın idarə etdiyi ''Nissan'' markalı avtomobil Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi. Bildirilir ki, S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' İstirahət Mərkəzinin baş mühasibidir.

Ölkə.az hüquq-mühafiə orqanlarından qəzanın baş vermə səbəbi ilə bağlı məlumat əldə edib. Verilən məlumata görə, hadisədən bir müddət əvvəl Sevda İsmayılovanın avtomobili DYP tərəfindən saxlanılıb. Dərsə tələsdiyindən xanım sənədləri polisə verərək işə gedib. Yolda isə həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb. Nəticədə qəza baş verib. Hadisə yerinə baxış keçirərkən polis əməkdaşları xanımın üzərindən və avtomobildən heç bir sənəd tapmayıblar.

Mərhumənin həyat yoldaşı Asif İsmayılov Avtosfer.az-a bildirib ki, deyilənlər həqiqətə uyğun deyil: "Hadisədən bir saat əvvəl onunla telefon danışığımız olub. Onu həmin vaxt yol polisi saxlamayıb. O ki qaldı sənədlərin yol polisində olmasına, bunlar da yalandır. Çünki qəzadan sonra oğlum hadisə yerində sənədləri avtomobildən götürərək polislərə təqdim edib".

Azərbaycan Dövlət İqtisad Universitetinin ''İnformatika'' kafedrasının müəllimi, polkovnik-leytenant Asif İsmayılovun xanımı Sevda ismayılovanın öldüyü qəza ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib. DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, qəza ilə bağlı yayılan məlumatlar əsassızdır. Bölmə rəisinin sözlərinə görə, hadisədən əvvəl xanım sürücü yol polisi tərəfindən saxlanılmayıb. Hadisə zamanı da sənədlər avtomobildə olub və oğlu tərəfindən polislərə təqdim olunub.

Vaqif Əsədov bildirib ki, hazırda faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh