50 il əvvəl dondurulan insan 123 yaşında  

Maraqlı 13 Yanvar 2017 20:00 Oxunub 3819
50 il əvvəl dondurulan insan 123 yaşında   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bedfordun orqanlarının yenidən işləməsini ümid edirlər ancaq elm hələki o dərəcədə inkişaf etməyib

Dünyanın dondurulan ilk insanı James Bedford tam 50 ildir kriogen balonu içində donmuş halda gözləməyə davam edir. Bəs keçmişdə dondurulmuş insanları yenidən həyata qaytarmaq mümkündür mü?

Avtosfer.az xəbər verir ki, James Bedford adlı ABŞ vətəndaşı, 12 Yanvar 1967-ci ildə73 yaşında olarkən kriogen balonuna girərək özünü donduran ilk insan olmuşdu. O gündən bu yana isə tam 50 il keçdi. Böyrək xərçəngiolduğu və müalicəyə cavab vermədiyi üçün ölümü gözləyən Dr. James Bedford, gələcəkdə xəstəliyə çarə tapılacağı və dondurulmuş insanları geri qaytarmağın bir yolunun kəşf ediləcəyi ümidi ilə, öz istəyi ilə kriogen balonuna girmişdi.

http://technote.az/file/pic/xeber/2017-01/1484305927_article-0-0421e87b000005dc-330_468x399.jpg

James Bedford o gündən bəri rəsmi olaraq ölü qəbul edilir amma tibbi olaraq tam mənası ilə ölü olmadığı bilinir. Orqanları pozulmadan 50 ildir kriogen balonunda buz kəsmiş halda gözləyən Bedford, donmuş insanları orqanlara xəsarət vermədən geri qaytarmağın bir yolu tapıldığında, təkrar həyata qaytarılacaq. Alimlər bu əməliyyatın nəticəsində, Bedfordun orqanlarının yenidən işləməsini ümid edirlər ancaq elm hələki o dərəcədə inkişaf etməyib. Əlavə olaraq Bedfordun oyandırılması üçün böyrək xərçənginə də dəqiq bir çarə tapılmalıdır.

Bedfordu donduran elmi cəmiyyət, bu təcrübə üçün Bedforduödənişsiz olaraq dondurmuşdu ancaq daha sonra bu üsul ölümcül xəstələr arasında çox məşhur oldu və varlı amma çarəsiz xəstəliyə tutulmuş bir çox insan, böyük pullar ödəyərək özlərini dondurmuşdu.

 

Elm, insanları dondurub təkrar həyata qaytarmağı bacara bilsə gələcəkdə bu üsulla uzaq ulduzlara yüzlərlə il davam edəcək səyahətlər keçirəcək kosmik səyyahların ortaya çıxması da gözlənilir. //technote.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh