Avtobuslarda hardan tutaq? - BNA-dən açıqlama

Yazarlar 13 Yanvar 2017 16:52 Oxunub 1574
Avtobuslarda hardan tutaq? - BNA-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sərnişinlərin təhlükəsizliyi baxımından heç kimə güzəşt edə bilmərik"

Şəhərətrafı marşrut xətlərində hərəkət edən avtobuslarla bağlı redaksiyamıza tez-tez şikayət daxil olur. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə sakinlər 131 nömrəli marşrut avtobuslarının içində tutacaqların olmamasından gileylənir:

“Oturacaqlar üzləndiyi üçün kənarlarında tutmaq üçün yer qalmayıb. Başqa bir tutacaq olmadığı üçün də uşaqlar, elə böyüklərin özləri də avtobus hərəkətdə olarkən tez-tez büdrəyir və yıxılır”.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq.

O bildirib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən avtobusların daxili tərtibatı ilə bağlı qanunvericilikdən irəli gələn tələblər var və bu tələblərlə bağlı daşıyıcı şirkətlərər dəfələrlə xəbərdarlıq edilib: “Əsas problem ondan ibarətdir ki, bugünkü gündə daşıyıcı şirkətlərin çoxunun yeni avtobus almaq üçün maddi imkanı yoxdur. Həmin daşıyıcılara da müəyyən müddətlik vaxt verilib ki, heç olmasa avtobusların daxilində lazımı tələblər yerinə yetirilsin. Sərnişinlərin təhlükəsizliyi baxımından heç kimə güzəşt edə bilmərik. Tapşırıq verilib ki, qısa zamanda ya yeni avtobuslar gətirilsin, ya da mövcud avtobuslarda tutacaqlar qoyulsun, oturacaqlar üzlənsin. Bu kimi hallarla bağlı həm sosial şəbəkələrdə, həm də “141” qaynar xəttinə şikayətlər daxil olur. Biz də çalışırıq ki, qısa müddətdə həll edək. Sizin dediyiniz 131 nömrəli marşrut avtobusunun daşıyıcı şirkəti ilə də əlaqə saxlayıb, problemi həll etməyə çalışacağıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh