Evdə oturduqları yerdə radara düşdülər - DYP sildi - VİDEO

Xəbərlər 14 Yanvar 2017 00:42 Oxunub 9156
Evdə oturduqları yerdə radara düşdülər - DYP sildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bizim belə maşınımız yoxdu"

Masallının Boradigah qəsəbə sakini Vüqar Qəniyevə qayda pozduğuna dair protokol gəlib. Bu barədə məlumatı o, ilk olaraq SMS vasitəsi ilə alıb. Protokolda göstərilib ki, həmin avtomobil Bakı-Sumqayıt yolunda sürət həddini aşıb. Vüqar Qədirov isə deyir ki, protokolda göstərilən avtomobil ona məxsus deyil və heç vaxt avtomobillə Bakıya getməyib. İndi Vüqar Qədirov törətmədiyi qayda pozuntusuna görə yazılan cərimənin silinməsini istəyir.

Saatlının Ağarəhimli kənd sakini Raqif Əliyevə də başqasının protokolu gəlib. Raqif Əliyev deyir ki, protokolda göstərilən avtomobil ona aid deyil. Lazımi məlumatlar protokolda yazılsa da, şəkildə yoxdur.

Hər iki sürücü səhvin düzəldilməsini istəyir.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, artıq hər iki sürücünün problemi həll edilib. "Bu, kiçik bir texniki səhv idi. Sürücülər belə hallarda DYP-nin elektron ünvanına və ya 902 nömrəsinə müraciət etsələr daha yaxşı olardı".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh