DƏHŞƏT: qatarın "böldüyü" adam sağ çıxdı – VİDEO

Avtoreyd 14 Yanvar 2017 20:00 Oxunub 2476
DƏHŞƏT: qatarın "böldüyü" adam sağ çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkim müayinəsində onun sağ ayağında kiçik kəsik müəyyən olunub

Dəmiryol qatarının lokomotivinin təkərləri altında qalan adam relsin üstündə idi. Qatarın təkərləri onu yarı bölmüşdü sanki. Lakin maşinist qatarı saxlamağa başlayanda həmin adam təkərlərin altından çıxaraq perrona atılıb və qaçaraq aradan çıxıb.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Tailandın cənubundakı Phetçaburi şəhərinin dəmiryol vağzalında yaşanıb.

Qorxuya düşmüş sərnişinlərin hadisə yerinə çağırdıqları polis  və təcili yardım heyəti "ikiyə bölünən, amma sağ qalan" şəxsi axtarsalar da, tapa bilməyiblər. O, saatlar sonra aşkarlanaraq saxlanılıb.

 

Həmin adam Tailandın şərqindəki Buriram şəhərinin sakini, 23 yaşlı Viraçay Nisayramdır. Həkim müayinəsində onun sağ ayağında kiçik kəsik müəyyən olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh