Falcon 9 raketinin yeni test uçuşu keçirildi - VİDEO

Texnologiya 15 Yanvar 2017 21:00 Oxunub 1608
Falcon 9 raketinin yeni test uçuşu keçirildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti bir neçə il ərzndə şirkət, orbitə, Falcon 9 vasitəsilə 10-larla bu cür cihazlar göndərməyi düşünür
"SpaceX”in növbəti uçuş testi uğurla yekunlaşıb. Daxilində Iridium NEXT peyklərini daşımış Falcon 9 ağır raket daşıyıcısı Vandenberq (Kaliforniya ştatı) hərbi hava kosmodromundan start götürmüşdür. Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, bu uçuş testi, Falcon 9-un keçən il 1 Sentyabr tarixindəki uğursuz uçuşundan sonrakı ilk testidir. Uçuş, 14 Yanvar tarixində 12:54-də (ABŞ vaxtı ilə) start götürmüşdür. Startdan 8 dəqiqə sonra raketin birinci pilləsi, Sakit okeanındakı platformaya uğurlu eniş etmişdir. Qeyd etmək lazımdır ki, ABŞ-ın "Iridum Communications” şirkəti, Falcon 9 ilə kosmosa yeni nəsil Iridium peyklərini göndərməyi planlaşdırır. Növbəti bir neçə il ərzndə şirkət, orbitə, Falcon 9 vasitəsilə 10-larla bu cür cihazlar göndərməyi düşünür. 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh