Lizinq haqqında yeni qanun hazırlanacaq - VİDEO

Qaydalar 16 Yanvar 2017 00:33 Oxunub 1827
Lizinq haqqında yeni qanun hazırlanacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda lizinqin inkişafı üçün vahid qanunun hazırlanması gündəmdədir

Azərbaycanda lizinqin inkişafı üçün vahid qanunun hazırlanması gündəmdədir. Bu "Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, lizinq haqqında qanunun təkmilləşdirilməsinə ölkə iqtisadiyyatının inkişafı baxımından çox önəmli dərəcədə ehtiyac var. Çünki, hazırda lizinq şirkətlərinin fəaliyyəti ölkədəki vəziyyətə adekvat deyil.

Eskpertin fikrincə lizinq haqqında qanunda ediləcək dəyişikliklər sahibkarların ən son texnologiyalara çıxış imkanını asanlaşdıra bilər. Çünki hazırkı şərtlərlə indi bunu etmək çox çətindir. Yeni qaydaların tətbiqi həm avtomobil həm də yeni texnikaların alışında qiyməti xeyli ucuzlaşdıra bilər.

Mütəxəssisin sözlərinə görə hazırda Azərbaycanda lizinqlə nə isə əldə etmək üçün 18 faiz əlavə pul ödəməlidir vətəndaşlar. Ancaq bu faiz qabaqcıl ölkələrdə 7-10 faiz arasındadır. Buna görə də bu sahəyə marağın artması üçün faizlərə və şərtlər yenidən baxılaraq yeni hüquqi bazanın formalaşdırılması vacibdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh