Piyadalara qarşı kütləvi reyd - 70-dən çox piyada cərimələndi - FOTOLAR

Qaydalar 16 Yanvar 2017 00:45 Oxunub 2174
Piyadalara qarşı kütləvi reyd - 70-dən çox piyada cərimələndi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlara protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib

Gəncədə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib. Avtosfer.az-ın APA -ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi əməkdaşlarının şəhərin intensiv hərəkətli küçələrində keçirdikləri reyd zamanı 70-dən artıq piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Piyadalar nəzərdə tutulmayan yerlərdən keçdikləri üçün onların barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələnib.

Polis şöbəsinin inspektor Vasif Rüstəmovun bildirdiyinə görə, mütəmadi keçirilən reydlər öz müsbət nəticəsini verməkdədir. İnspektor bundan sonrada bu kimi tədbirlərin davam etdiriləcəyini bildirib.

Məlumata görə ötən il Gəncədə 18 min 674 piyada yol hərəkəti qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdən yolu keçdikləri üçün məsuliyyətə cəlb edilib.

Gəncədə reyd -  70-dən çox piyada cərimələndi + Fotolar
Gəncədə reyd -  70-dən çox piyada cərimələndi + Fotolar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh