Nasazlıq baş vermiş avtomobilə cərimə yazılır? - VİDEO

Xəbərlər 16 Yanvar 2017 00:48 Oxunub 1833
Nasazlıq baş vermiş avtomobilə cərimə yazılır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşar Süleymanzadə qanunsuz cərimə olunduğunu iddia edir, DYP razılaşmır

Dayanma durma qadağandır nişanın təssir zonasında avtomobilində nasazlıq baş verib. Və buna görə cərimələnib. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində baş verib. Cəlilabad rayon sakini Yaşar Süleymanzadə qanunsuz cərimə olunduğunu iddia edir. Yaşar Süleymanzadə yol polisinə atomobilin nasaz olduğu və ona görədə burada saxladığını bildirsə də xeyiri olmayıb. Sürücüyə 40 manat cərimə yazılıb.

Bəs qanun nə deyir? Nəqliyyat vastəsi dayanma durma qadağandır nişanının təsir zonasında Nasaz olduğu halda dayanarsa cərimə yazıla bilərmi?

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, belə vəziyyətdə sürücü avtomobili təhlükəsiz yerə çəkməlidir. Bu mümkün olmadıqda isə sürücü qəza dayanma işığını yandırmalı və qəza dayanma nişanını quraşdırmalıdır. Əgər sürücü bu qaydaya əməl etməyibsə yol polisi haqlı olaraq cərimə yazıb. Sürücü Yaşar Süleymanzadə isə avtomobilin elektrik sistemi xarab olduğu üçün qəza dayanma işığının yanmadığını bildirir. Sürücü qəza dayanma nişanıda quraşdırmadığını da etiraf edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh