Avtomobildən 18 min ədəd aksizsiz siqaret aşkar olundu

Gündəm 16 Yanvar 2017 15:20 Oxunub 1175
Avtomobildən 18 min ədəd aksizsiz siqaret aşkar olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə gömrük baxışı keçirilib. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh