Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib

Qəzalar 16 Yanvar 2017 15:31 Oxunub 897
Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək

Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib. Avtosfer.az trend-ə istinadən məlumat verir ki, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək. Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər. Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb. Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh