Şirvanda vətəndaşı təhqir edən yol polisi ilə bağlı – AÇIQLAMA + VİDEO

Yol polisi 16 Yanvar 2017 16:09 Oxunub 3098
Şirvanda vətəndaşı təhqir edən yol polisi ilə bağlı – AÇIQLAMA + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Araşdırırıq görək, videodakı kimdir, nəyə görə söyüş söyür"

Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı təhqir etməsi məsələsi araşdırılır. Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya deyib. K.Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: “Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o, həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh