“Toyota Mark II” və “Mazda RX8” sovet “Pobeda”sına necə çevrildi – FOTO+VİDEO

Avtobazar 16 Yanvar 2017 21:00 Oxunub 4634
“Toyota Mark II” və “Mazda RX8” sovet “Pobeda”sına necə çevrildi – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi həmin “Pobeda”nı Bastanın klipində görmək olar

Son bir neçə il ərzində sovet avtomobili ilə bağlı nostalji əhval-ruhiyyə artmağa başlayıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu ilk növbədə özünü xarici avtomobillərin sovet modellərinin stilində yığılmasının populyarlaşmasında göstərir. Müəllif bu günlərdə belə bir layihənin sahibi ilə tanış olub. İqorun hazırladığı avtomobil sovet “Pobeda”sını xatırlasa da, “Toyota Mark II” və “Mazda RX8”in komponentləri əsasında yığılıb. Hər iki avtomobil Yaponiya istehsalıdır.

“Pobeda” çox xoşuma gəlirdi. Amma onu bir az müasirləşdirmək, yeni simada təqdim etmək istəyirdim”, - deyə layihənin müəllifi İqor danışıb.

“Pobeda”nın müasirləşdirilmiş nümunəsi ilk dəfə Kiyevdə 2012-ci ildə “Retro və ekzotika” sərgisində nümayiş edilib. 2014-cü ildə maşın Kiyevdən yeni sahibinə - Parisə göndərilib. Müəyyən müddət sonra isə avtomobilin sahibi dəyişib və Moskvaya gətirilib.

 

İndi həmin “Pobeda”nı Bastanın klipində görmək olar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh