Direktor müavinini avtomobil vurdu - FOTO

Qəzalar 16 Yanvar 2017 19:35 Oxunub 1169
Direktor müavinini avtomobil vurdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir, hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh