Şahzadənin kortejinə hücum olundu - 3 mühafiəçi yaralanıb

Gündəm 16 Yanvar 2017 19:55 Oxunub 1344
Şahzadənin kortejinə hücum olundu - 3 mühafiəçi yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ova çıxanlardan heç biri xəsarət almayıb

Pakistanda yerli sakinlərdən ibarət silahlı qrup ova çıxan Qətər əmirinin qohumunu müşayiət edənlərə hücum çəkib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında ölkənin şimal-qərbindəki Bəlucistan əyalətində Musaxel mahalında baş verib. Məlumata görə, ova çıxanlardan heç biri xəsarət almayıb, yalnız 3 mühafiəçi yaralanıb. Hücum edənlər silah və bıçaqla silahlanıblar. "Reuters"in yaydığı məlumata görə, silahlı hücum ətraf kəndlərin sakinlərinə kral ailəsinin nümayəndəsi ilə görüşmək və məscid tikintisi üçün ianə istəmək icazəsi verilmədikdən sonra meydana gəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh