Təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub

Qəzalar 16 Yanvar 2017 20:30 Oxunub 1151
Təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib. Avtosfer.az trend-ə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib. Digər qırğız rəsmilər "Reuters"ə açıqlamalarında qəza zamanı ərazidə qatı duman olduğunu bildiriblər. Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir. Qeyd edək ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir. Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh