Rusiyaya gedən sürücülər üçün orada qalma müddəti artırıldı - Azərbaycandan

Yeniliklər 17 Yanvar 2017 11:47 Oxunub 1491
Rusiyaya gedən sürücülər üçün orada qalma müddəti artırıldı - Azərbaycandan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu icazə 6 ay ərzində qüvvədə olacaq

Azərbaycandan Rusiya ərazisinə beynəlxalq yükdaşıma əməliyyatları həyata keçirən sürücülərin bu ölkədə qalma müddəti (icazə) artırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. "İki ölkə arasında olan qaydalara görə, Azərbaycan vətəndaşları, o cümlədən beynəlxalq daşımalarda iştirak edən sürücülər Rusiya ərazisində xüsusi icazə olmadan 90 gün qalmaq hüququna malikdirlər. Bu müddətə məhəl qoymayanlara qarşı cərimələr tətbiq edilir və onlar ölkə ərazisindən 3 il müddətinə deportasiya olunurlar. Lakin Azərbaycan bu müddətin uzadılması ilə əlaqədar Rusiya tərəfinə müraciət etmişdir. Rusiya tərəfi bu müraciəti qəbul edib. Belə ki, beynəlxalq avtomobil daşımalarını həyata keçirən sürücülər qarşılıqlı olaraq tərəflərin ərazilərində 6 ay ərzində 90 gün əvəzində 120 gün, qeydiyyatsız isə 30 gün müddətində qala bilmələri barədə razılıq əldə olunub", - deyə Ş.Mehmanqızı əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh