Azərbaycan avtomobil idxalını 5 dəfə azaldıb

Avtoxəbər 17 Yanvar 2017 11:49 Oxunub 1218
Azərbaycan avtomobil idxalını 5 dəfə azaldıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il ölkəyə 4 991 ədəd minik avtomobili gətirilib

Ötən il ərzində Azərbaycana 5 746 ədəd avtomobil idxal olunub ki, bu da illik müqayisədə 4,66 dəfə azalma deməkdir. Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4,76 dəfə azalaraq 4 991 ədəd, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərədə tutulmuş motorlu nəqlyyat vasitələri - 8,5 dəfə azalaraq 96 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələri - 3,4 dəfə azalaraq 571 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri - 2,76 dəfə azalaraq 88 ədəd təşkil edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh