Cəriməsini ödəməyən piyadalara qarşı – SƏRT CƏZA

Yol polisi 17 Yanvar 2017 12:01 Oxunub 1498
Cəriməsini ödəməyən piyadalara qarşı – SƏRT CƏZA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP: "Piyadaların məsuliyyətə cəlb edilməsi prosesi mütləq baş tutacaq"

Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görülür. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, cəriməsini ödəməyən piyadaların ölkədən çıxışına qadağa qoyulub: “Həmçinin onların ölkə banklarından kredit götürməsi də mümkün olmayacaq. “Yol hərəkəti haqqında” qanunun 4-cü maddəsinin tələbləri pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunur. Bu günə qədər 2016-ci ildə elə 130 min piyada məsuliyyətə cəlb edilib. Cərimə məbləğinin ödənilməsi məsələsi nəzarətdədir. Piyadaların məsuliyyətə cəlb edilməsi prosesi mütləq baş tutacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh