Vətəndaşa söyüş söyən yol polisi: "Müharibə veteranıyam"

Yol polisi 17 Yanvar 2017 12:10 Oxunub 6904
Vətəndaşa söyüş söyən yol polisi: "Müharibə veteranıyam"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Özümü idarə edə bilmədiyim üçün bu söyüşlər dilimdən çıxıb"

Vətəndaşı polis bölməsində ağır söyüşlərlə təhqir etməsi ilə gündəmə gələn Şirvan şəhər DYP-nin polis mayoru Məmmədsadıq Nağıyev hadisənin təfərrüatlarından danışıb. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlama verən polis mayoru bildirib ki, vətəndaş bilərəkdən tam videonu deyil, sadəcə 30 saniyəlik çıxışı yayıb: “Məni gör hansı həddə gətirib ki, o sözləri demişəm. Halbuki onun ünvanına heç bir nalayiq sözlər işlətməmişəm. Video əvvəldən göstərilsəydi bilinərdi ki, vətəndaş polisi hansı həddə gətirib.

Məsələ belədir ki, həmin sürücü mənim tərəfimdən polis şöbəsinə gətirilib. O məni ölümlə hədələdi, işdən çıxandan sonra məni izləyib başıma oyun açdıracağını dedi. Mən də əsəblərimi cilovlaya bilmədim. Düzdür, mən o ifadələri özümə bağışlamıram. Yenə də təmkinli olmalı idim. Müharibə veteranıyam. 1993-cü ildə Füzuli döyüşlərində başımdan yaralanmışam. Özümü idarə edə bilmədiyim üçün bu söyüşlər dilimdən çıxıb. Buna görə də mənə Baş Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib”.

M.Nağıyev qeyd edib ki, sürücünün həbs edilməsi məsələsi də həqiqətə uyğun deyil: “DYP əməkdaşları qanuna müvafiq olaraq tədbirlər görür. Mən sərxoş halda maşın idarə edənlərə qarşı həmişə sərt tədbirlər görmüşəm. 2 ildir ki, Şirvanda DYP-də polis mayoruyam. İndi mənim barəmdə hansısa şikayətçilər varsa, bu o adamlar ola bilər ki, sərxoş halda tərəfimdən yaxalanıblar. Halbuki DYP əməkdaşı içkili maşın idarə edənləri saxlamaqla baş verə biləcək faciələrin qarşısını alır. Bunu isə sürücülər anlamırlar. Sərxoş halda da cəza sanksiyası yüksəkdir. Bu məsələlərdə heç kimə güzəştə getməmişəm”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh