İcra Hakimiyyətinin avtomobili yolu keçən piyadanı vurdu

Qəzalar 17 Yanvar 2017 12:57 Oxunub 1134
İcra Hakimiyyətinin avtomobili yolu keçən piyadanı vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobil 35 yaşlı kişini vurub. Avtosfer.az "Report"a isitnadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil BŞİH-nin xidməti maşınıdır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh