Belə maşınla şəbəkə olmayan yerə getmək olmazmış - FOTO

Avtodünya 17 Yanvar 2017 13:37 Oxunub 3021
Belə maşınla şəbəkə olmayan yerə getmək olmazmış - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobillə səhraya gəzməyə gedən sürücünün başına iş gəldi

Amerikalı sahibkar Rayan Neqri texnologiyaya həddindən artıq güvəndiyindən, çıxılmaz vəziyyətə düşüb. Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rayan yanvarın 14-də həyat yoldaşı ilə birlikdə Las-Veqasdan Red-Rok-Kanyona səfər etməyi planlaşdırıb. O, qarla örtülən dağın zirvəsində şəkil çəkdirməyi arzulayırmış. Öz elektriklə çalışan Tesla avtomobili ilə yola çıxdıqdan sonra bilib ki, açarları evdə qoyub. Lakin, maşını smartfon vasitəsilə işə salmaq mümkündü. Təxminən 10 km getdikdən sonra, Rayan nəzərdə tutduğu əraziyə gəlib çatıb. Gəzintidən sonra həyat yoldaşı ilə maşına qayıtsa da, Teslanı işə sala bilməyib. Çünki, həmin ərazidə mobil şəbəkənin siqnalı tutmur. O, unudub ki, səhrada siqnal tutmur, buna görə də maşın bloka düşüb. Siqnal tutmaq üçün yoldaşı ilə 3 km-ə yaxın piyada gəzməli olub. Siqnalı tutduqda isə dostlarına kömək üçün zəng edib.

Başına gələn bu hal-qəzadan sonra Neqri Tesla Motors şirkətinə çağırış edərək, smartfonu mobil siqnaldan istifadə etmədən maşının işə salınması üçün yararlanmağın mümkün olmasını istəyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh