Rusiya səfirliyinin maşını ilə Bakıda qaydaları belə pozdular – FOTO

Avtoxəbər 17 Yanvar 2017 14:03 Oxunub 11496
Rusiya səfirliyinin maşını ilə Bakıda qaydaları belə pozdular – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma-durma qaydalarını pozan bu avtomobilin 21 MMX protokolu var

Bu gün səhər saat 11.33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtomobilin görüntüləri Avtosfer.az-a daxil olub. Məlumata görə, 004 T 015 dövlət nömrə nişanlı avtomobil Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məxsusdur. Avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar heç olmasa maşını səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Amma səfirliyə məxsus olan bu iri avtomobil səkiyə perpendikulyar şəkildə saxlanılıb.

Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik maşınının bu şəkildə dayanması və dayanacaqda da avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.

Görünür, səfirlik əməkdaşı olan sürücü avtomobilin üzərindəki qırmızı nömrənin toxunulmazlığından sui-istifadə edir. Bu, hələ səfirliyin texniki işçilərinin avtomobilidir, görün, diplomatik immunitetə malik şəxslərin avtomobilləri nələr edir?

Yeri gəlmişkən, Avtosfer.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh