Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO

Qaydalar 17 Yanvar 2017 15:35 Oxunub 2579
Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Xahiş edirik, bunları nəzərə alıb növbəti dəfə bu cür etməyəsiniz!"

Çox hörmətli şirkətlər! Küçələrə, yollara reklam yapışdırarkən xahiş edirik ki, onları yol nişanlarının üzərinə yapışdırmayın! Avtosfer.az xəbər verir ki, belə bir müraciətlə "Azəravtoyol" ASC çıxış edib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol nişanlarının üzərinə reklam yapışdırılması sonda ağır nəticələrə gətirib çıxara bilər: "Siz bunu etməklə sutkanın qaranlıq vaxtlarında həmin nişanın sürücülər tərəfindən görünməsini məhdudlaşdırırsınız. Bununla da qəzaların baş verməsinə səbəbkar ola bilərsiniz. Bundan başqa, həmin reklam yazıları qopardılan zaman nişanların üzəri də korlanır. Xahiş edirik, bunları nəzərə alıb növbəti dəfə bu cür etməyəsiniz!".

 

Emin

http://img.milli.az/2017/01/17/yol_nishani-reklam_2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh