Şəxsiyyət və sürücülük vəsiqələri ilə bağlı SMS xidməti yaradıldı

Yeniliklər 17 Yanvar 2017 19:08 Oxunub 3537
Şəxsiyyət və sürücülük vəsiqələri ilə bağlı SMS xidməti yaradıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
SMS vasitəsilə məlumat göndəriləcək

Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, reqlament bu ildən qüvvədədir. Bu reqlamentə əsasən “exidmet.justice.gov.az” və “dxr.az”  elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı məlumatları əldə edəcəklər. Bunun üçün adına mobil telefon nömrəsi (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) olan istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq müvafiq pəncərəyə fiziki şəxsdirsə fərdi identifikasiya nömrəsini (FİN) və ya şəxsiyyət vəsiqəsinin nömrəsini, hüquqi şəxsdirsə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu daxil edib “Abunə ol” və ya “Abunəni ləğv et” düyməsini vurur. Bundan sonra daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu açılan yeni pəncərədə qeyd edərək “Təsdiq et” düyməsini vurmaqla sorğunu formalaşdırır. Məlumatlar tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. Məlumatlar tam və ya düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır, bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir. Fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh