Baş İdarədən cəriməni ödəməyən piyadalarla bağlı açıqlama - VİDEO

Yol polisi 17 Yanvar 2017 22:24 Oxunub 7383
Baş İdarədən cəriməni ödəməyən piyadalarla bağlı açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görüləcək

Cəriməsini ödəməyən piyadalara qarşı sərt tədbirlər görüləcək. Onların ölkədən çıxışına məhdudiyyətlərin qoyulacağı gözlənilir. Bununla yanaşı, hansısa sənədlərin alınması zamanı cərimənin olub-olmaması da nəzərə alınacaq. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, məqsəd piyadaların bu məsələdə məsuliyyətlərini artırmaqdır. Cərimə ödəməyən piyadalarla bağlı bir neçə məhdudiyyət növü tətbiq oluna bilər.

Əksər piyadalar elə düşünürlər ki, cərimələrin ödənilməsinə nəzarət edən yoxdur. Amma qanunvericilik bunun tam əksini deyir.

Hazırki qaydalara əsasən, piyadalar cərimələrinin ödənilməsini bir aydan da çox ləngidərlərsə, onda onlara qarşı müəyyən tədbirlər həyata keçirilir. bu, hətta onların əmlkaına həbs qoyulması ilə də nəticələnə bilər.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh