Bu maraqlı görüntünün maraqlı da hekayəsi var - VİDEO

Maraqlı 17 Yanvar 2017 22:30 Oxunub 2733
Bu maraqlı görüntünün maraqlı da hekayəsi var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlar məktəbə piyada yox, "məktəb avtobusu" ilə gedəcək

Bir müddətdir “facebook”da yaradılan bir səhifə diqqətimizi çəkdi. Belə ki, bir qrup gənc "Məktəb avtobusu ucqar kəndlərdə" adlı maraqlı layihə həyata keçirir. Hətta qısa müddətdə layihənin icrasına başlayıblar. İlk olaraq İsmayıllının ucqar Köhnə Daxar kəndində məktəbli avtobusu şagirdləri 4-5 kilometr uzaqdakı məktəbə aparır. Bu gözəl təşəbbüs və onu həyata keçirən gənclərimizi siz də tanıyın.

İsmayıllının Köhnə Daxar kəndində adamların və evlərin sayı azdır. Cəmi 9 şagird olduğu üçün burada tədrisi təşkil etmək mümkün deyil. Buna görə də şagirdlər qonşu Gəndov kəndindəki məktəbə gedirlər. Elə bu xeyirxah gənclərin təşəbbüsü ilə artıq şagirdlər məktəbə piyada yox, məktəb avtobusu ilə gedirlər. Bir müddət əvvəl gənclər sosial şəbəkədə Məktəb Avtobusu Ucqar Kəndlərdə adlı səhifə yaradaraq ianələr toplayıblar. Ardınca dağ kındi üçün uyğun olan avtobus kirayələyiblər.

İzzət Ağa adlı bu gənc də Köhnə daxar sakinidir. O deyir ki, uşaq olanda o da məktəbə piyada gedib. Yorulduğundan dərslərə enerji ayıra bilməyib. İndi isə kənd uşaqlarının dərslərinə daha yaxşı çalışacaqlarına ümidlidir.

Bu maraqlı görüntünün isə elə maraqlı da hekayəsi var.

Gənclər başqa ucqar kəndlərdə də məktəbli avtobusu layihəsini gerçəkləşdirmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh