38 min manat ödədi - İndi maşınsız qaldı - VİDEO

Xəbərlər 17 Yanvar 2017 22:34 Oxunub 1930
38 min manat ödədi - İndi maşınsız qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınları ona satan şəxs indi ödənişi manat yox dollarla tələb edir

Üzərinə qaldırıcı kran qoşulmuş 2 yük maşınını 41 min manata şifahi razılıq əsasında kreditlə alan Arzu Alışov aldı şəxs indi maşınlarından istifadə edə bilmir. Buna səbəb maşını onlara satan Cavanşir Qarayev adlı şəxsin ödənişin bitməsinə 3 min manat qalmış maşınları dollarla satmasını iddia etməsidir.

Hazırda maşınları etibarnamə ilə satan şəxs etibarnamələri ləğv etdiyindən avtomobilləri idarə etmək mümkün olmur. Qarşı tərəfin mövqeyini öyrənmək üçün Cavanşir Qarayev adlı şəxslə əlaqə saxladıq.

Şikayətçi iddia edir ki, hər bir maşın üçün aylıq ödəniş zamanı bunu həmin şəxsin öz əl yazısı ilə kağıza qeyd edirmiş ki, bu kağızlardan birini son ödəniş zamanı maşını satan şəxs alaraq cırıb. Cavanşir Qarayaev adlı şəxs bunu etmədiyini desədə hadisənin baş verdiyini sübut edən telefon danışıqıda var.

Hüquqşünas Asif Abdullayev bildirir ki, burada alqı-satqı düzgün rəsmiləşdirilmədiyindən məsələ məhkəmə üsulu ilə həll edilə bilər. Bu zaman isə avtomobili alan şəxsin topladığı sübutlar, mübahisənin onun xeyrinə həll edilməsinə kömək edə bilər. Hər bir halda, belə müqavilələr bağlanan zaman razılaşmanın notarial qaydada təsdiqlənməsi vacib məsələdir. Çünki notarial qaydada təsdiqlənmiş müqavilə mübahisə yarandığı təqdirdə haqlı və haqsız tərəfin müəyyənləşdirilməsində əsas kimi götürülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh