Sürücü hərəkəti düzünə davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 17 Yanvar 2017 23:26 Oxunub 3820
Sürücü hərəkəti düzünə davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlanma xətləri və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə sürücüsü hərəkətini düzünə davam etdirmək üçün nə etməlidir?

a)  Sola dönən yük avtomobilini yol çiynindən istifadə etməklə sağdan ötərək hərəkətini davam etdirməlidir;

b) Sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir;

c) Bunların hər ikisini edə bilər.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin II hissəsinə əsasən, sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Lakin həmin Qanunun 11-ci  maddəsinin II hissəsi bu halda yol çiyni ilə hərəkətə icazə vermir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu vəziyyətdə sürücüsü hərəkətini düzünə davam etdirmək üçün sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir.

Suala ilk doğru cavabı Elnur adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ruslan 25 Yanvar 2017 22:03
b Sola dönən yük avtomobili yolu boşaltdıqdan sonra hərəkətini davam etdirməlidir;