Astarada yol qəzası - Beş nəfər ağır xəsarət aldı

Qəzalar 17 Yanvar 2017 23:46 Oxunub 1129
Astarada yol qəzası - Beş nəfər ağır xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub

Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan üçü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh