Avtomobil beton maneəyə çırpıldı: 1 ölü, 4 yaralı  - Astarada

Qəzalar 18 Yanvar 2017 11:43 Oxunub 848
Avtomobil beton maneəyə çırpıldı: 1 ölü, 4 yaralı  - Astarada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məmmədov Yusif Mirəli oğlu əməliyyatdan sonra dünyasını dəyişib

Astara rayonunda baş verən ağır yol qəzasında xəsarət alan 5 nəfərdən biri öüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzadan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Məmmədov Yusif Mirəli oğlu əməliyyatdan sonra dünyasını dəyişib.

İlk xəbər yanvarın 17-də saat 23:23-də yayılıb

Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 5 nəfər xəsarət alıb.

Onlardan dördü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh