ŞOK qəza; çəkilişə gələn TV maşınını da vurub qaçdılar – VİDEO

Avtoxəbər 10 Oktyabr 2014 10:40 Oxunub 2269
ŞOK qəza; çəkilişə gələn TV maşınını da vurub qaçdılar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürətlə işıq dirəyinə çırpılan maşının sürücüsünü ətrafdakı insanlar xilas edib

Nəsimi rayonu ərazisində baş vermiş ağır yol qəzasının videosunu təqdim edirik. Hadisə Rəşid Behbudov küçəsində – DİN-in Pasport və Qeydiyyat İdarəsinin qarşısında baş verib. Bu kadrlar isə DİN-in «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb.

Avtosfer.az-ın verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən «VAZ-2109» markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə səkiyə, sonra isə işıq dirəyinə çırpılır. Maşın dərhal tüstüləməyə başlayır. Ətrafdakı insanların və yoldan keçən maşınlardan düşənlərin köməyi ilə sürücünü əzilmiş maşından çıxarmaq mümkün olur. Bir qədər sonra isə hadisə yerinə Post-Putrul Xidmətinin və telekanallardan birinin maşınları yaxınlaşır. Maşınlar yolun hərəkət hissəsində dayanır. Qəflətən ağ rəngli «BMW» markalı avtomobil sürətlə TV-nin maşınına çırpılır. Zərbənin təsirindən irəli atılan TV-nin maşını isə qarşıdakı polis maşınına dəyir.

Hadisə yerində olanların başı ağır qəzaya düşən «09»a və onun sürücüsünə qarışdığı üçün TV və polis maşınını vuran sürücü rahatlıqla aradan çıxa bilər. Çox güman ki, həmin sürücü sürətlə hərəkətdə olsa da, yolda qəza baş verdiyini görüb diqqəti sükandan yayındırıb. Qəza da məhz bu səbəbdən baş verib.

Yeri gəlmişkən, Bakıda belə hallar çox olur. Yolda kiçik bir toqquşma olan kimi hamı maşını kənara çəkib qəzaya baxır. Və yaxud da, sürəti azaldıb qəzaya daha çox baxmağa çalışırlar. Bu da ya əlavə bir qəzaya, ya da tıxaca səbəb olur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh