Təyyarədə kreslonu açanda bilirsiniz - NƏ BAŞ VERİR?

Maraqlı 18 Yanvar 2017 19:25 Oxunub 2627
Təyyarədə kreslonu açanda bilirsiniz - NƏ BAŞ VERİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oturacağın arxasını endirmək hansı halda nəzakətsizlik sayılır?

"BBC Autos" müxbiri, təyyarə ekipaj işçilərindən, yan oturacaqdakı qonşun ilə münaqişə yaşamamaq üçün təyyarədə necə davranmaq yollarını öyrənib. Belə bir vəziyyət təsəvvür edin: təyyarə ilə gecə boyu uçmalısınız. Oturacağın arxasının endirib yatmağa hazırlaşırsınız. Oturacağın arxası isə tərpənmir.

Səbəb nədir? Siz qəza çıxışında oturmamısınız və buna görə də, oturacağın arxası aşağı hərəkət etməlidir. Oturacaq sınmayıb. Arxaya çevrilib məsələnin nə yerdə olduğunu anlayırsınız.

Avtosfer.az seyyah.az-a istinadən xəbər verir ki, arxanızda əyləşən sərnişin, oturacağın arxasını endirə bilməməyiniz üçün bir vasitədən istifadə edib. Bu vasitənin, hər biri steplerden böyük olmaya iki plastik sancağı var ki, sizin oturacağın arxasındakı açılıb-bağlanan stolu tərpənməz vəziyyətdə saxlayır.

Sərnişin bu halda, sizin, oturacağın arxasını gözlənilmədən aşağı endirmənizdən narahat olmayaraq, yeyə və ya işləyə bilər. Amma siz rahat yata bilməyəcəksiniz. Nə etməli?

Bənzəri vəziyyət pis nəticələnə bilər. 2014-cü ildə Amerika aviaşirkətlərindən olan United Airlines-in New-Jersey-dən Denverə baş tutan uçuşlarından birində, iki sərnişin arasındakı mübahisə üzündən məcburi eniş edilir.

Sərnişinlərdən biri Knee Defender (Diz Qoruyucu) adlı və qarşıdakı oturacağın arxasının enməsinə mane olan məhsuldan istifadə edir. Nəticədə mübahisə yaranır: qarşıdakı sərnişin oturacağın arxasını endirə bilmir və arxadakı sərnişinin üzünə su tökür.

Təyyarə marşrutdan çıxaraq Chicago-da yerə enir və hər iki sərnişin uçuşdan uzaqlaşdırılır. (İnsident haqqında xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra, Knee Defender-in satışı birdən-birə yuxarı qalxır.)

Təyyarədə sərnişinlər arasında münaqişələr plastik stolsuz da baş verir.

Oturacağın arxasını endirmək hansı halda nəzakətsizlik sayılır?

"Oturacağın arxasını endirmək sərnişinlərdə böyük narahatçılıq yaradır," Betty in the Sky with a Suitcase adlı podkastın aparıcısı və ekipaj üzvü Betty Thesky deyir.

"Kabində bir neçə santimetr üçün bir-birinə az qala yumruq atacaq kişilər görmüşəm. Belə hallarda, özümü, uşaq bağçasındakı polis rolunda hiss etmişəm: vəziyyəti və mübahisə edənləri sakitləşdirmək.

http://img.eurasiadiary.com/uploads/2017/_93065763_seats2.jpg

Aviaşirkətlərin qəbul edilmiş təhlükəsizlik qaydalarına əsasən, təyyarə yerdə sürülmə, uçuşa başlama və enmə anında oturacağın arxası, şaquli vəziyyətdə qalmalıdır.

Bir çox aviasiya qəzaları məhz bu vəziyyətlərdə baş verir. Buna görə də, oturacaqların arxası vertikal vəziyyətdə qalmalıdır ki, qəza enməsi zamanı təhlükəsiz formasında qala bilsinlər. Eyni zamanda, bu halda təyyarəni daha tez tərk etmək mümkündür.

Bəs kabin ekipajı, oturacağın endirilməsi ilə bağlı mübahisələrə hansı halda rast gəlir?

"Şəxsən mən düşünürəm ki, ən nəzakətlisi, oturacağın arxasını sonacan yox, yarıyacan endirməkdir," Thesky söyləyir. "Bundan əlavə, yemək zamanı oturacağı şaquli vəziyyətdə saxlamaq, ən doğrusudur."

Nəzakətli olmaq, burada ən vacib rolu oynayır: istədiyiniz an düyməni sıxaraq oturacağın arxasını aşağı endirmək kobudluqdur.

Özü də keçmiş ekipaj üzvü olan bu məqalənin müəllifi xatırlayır ki, bu halda ən uğurlu üsul, arxadakı sərnişindən soruşmaqdır: "Oturacağın arxasını endirsəm, etiraz etməzsiniz?"

Bir qayda olaraq, sualın ardında gülümsəmə gəlir və nadir hallarda rədd cavabı alınır.

Bəzən qonşu sərnişin cavab verir: "Mən indi kompüterdə işləyirəm. İşimi bitirənəcən 15 dəqiqə gözləyə bilərsinizmi?"

Anlayışlı olun

Digər faktorları da nəzərə almaq lazımdır. "Bütün reyslər eyni deyil", etiket üzrə mütəxəssis Daniel Post Senning deyir. "Yemək zamanı, qısa uçuşlarda və ya ətrafda bir çoxunun masaüstü kompüterdə işlədiyi zaman oturacağın arxasını endirmək lazım deyil. Amma, bir çox sərnişinin yatdığı, uzun uçuşlarda bunu etməkdə heç bir qəbahət yoxdur.

http://img.eurasiadiary.com/uploads/2017/_93065765_seats3.jpg

Əgər şübhə varsa, Senning təklif edir ki, digər sərnişinlərin necə davrandığına nəzər yetirin. Ətrafdakıların bir çoxu istirahət məqsədilə oturacağın arxasını endiribsə, siz də rahatlana bilərsiniz.

Arxada kimin oturduğunu bilmək də vacibdir.

Əgər arxa oturacaqdakı qonşunuz hündür boya və uzun ayaqlara malikdirsə, oturacağı arxasını endirməmək daha yaxşı olar. Əgər arxada uşaq oturubsa, o, oturacağın arxası endiyi halda oturacağa vura bilər: təbii ki, bu vəziyyətdə məqsədəuyğunluq rol oynayır.

 

"Karyeram boyunca cəmi bir dəfə sərnişin məndən oturacağı necə irəli çəkə biləcəyini soruşub," Betty Thesky xatırlayır. "Mən bunun səbəbini soruşduqda o cavab verdi ki, arxada əyləşənlərə daha çox yer verə bilmək üçün. Bu sərnişin, milyonda bir tapılır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh