Avtobus aşdı: 6 ölü, 8 yaralı

Qəzalar 18 Yanvar 2017 14:31 Oxunub 1042
Avtobus aşdı: 6 ölü, 8 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə sürücünün diqqətsizliyi üzündən baş verib

İranda avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, avtobus Kirman şəhərindən Rəfsəncan şəhəri istiqamətinə gedərkən qəzaya uğrayıb.

Avtobusda 21 sərnişin olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərdən bəzilərinin kimliyi müəyyən edilməyib, bəziləri isə hələ də avtobusda sıxışıb qalıb və xilasedicilər onların cəsədlərini çıxarmağa çalışır.

 

İlkin məlumata görə, hadisə sürücünün diqqətsizliyi üzündən baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh