Yol polisi Bakıda qayda pozan səfirlik maşını ilə bağlı hərəkətə keçdi – FOTO

Qaydalar 18 Yanvar 2017 14:34 Oxunub 5168
Yol polisi Bakıda qayda pozan səfirlik maşını ilə bağlı hərəkətə keçdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiya səfirliyinə məxsus avtomobilin cəzalandırılması üçün XİN-ə müraciət edildi

DİN Baş Dövlət Yol Polisi İdarəsi Bakıda yol şərəkəti qaydalarını pozan səfərlik avtomobilini idarə edən sürücünün cəzalandırılması ilə bağlı hərəkətə keçib. Bu barədə Avtosfer.az-a DYP-dən məlumat verilib. Bildirilir ki, artıq Avtosfer.az-da yayılan məlumat araşdırılıb və öz təsdiqini tapıb. Bundan sonra toplanmış materiallar aidiyyatı üzrə Xarici İşlər Nazirliyinə göndəriləcək.

Qeyd edək ki, sözügedən avtomobil diplomatik immunitetə malik şəxsə məxsus olduğundan DYP tərəfindən həmin sürücünün cəzalandırılması üçün materiallar XİN-ə göndərilir, XİN isə öz növbəsində həmin materialları səfirliyə göndərir və aidiyyatı üzrə tədbir görülür.

Xatırladaq ki, dünən səhər saat 11.33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az-a daxil olan məlumata görə, 004 T 015 dövlət nömrə nişanlı avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Səfirliyə məxsus olan iri avtomobil səkiyə perpendikulyar şəkildə saxlanılıb. Bununla da yolda hərəkət məhdudlaşıb.

Avtosfer.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh