DİQQƏT: Bu avtobuslarda da kameralar quraşdırıldı

Yeniliklər 18 Yanvar 2017 16:07 Oxunub 1981
DİQQƏT: Bu avtobuslarda da kameralar quraşdırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir"

"Xaliq Faiqoğlu" şirkəti Bakıda 6 marşrut üzrə sərnişindaşımanı həyata keçirən avtobuslarda müşahidə kameralarının quraşdırılmasını başa çatdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən məlumat veriblər. Bildirilib ki, müşahidə kameraları "BakıKart" kartlarından istifadə etməklə nağdsız ödəniş sisteminin tətbiq olunduğu 130 avtobusda - 61, 65, 85, 79, 96 və 18 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslarda quraşdırılıb. Kameralar bundan əvvəl hüquq-mühafizə orqanlarından şirkətə daxil olmuş müraciətə uyğun olaraq quraşdırılıb. Burada məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Şirkətdən digər avtobuslarda da nağdsız ödəniş sisteminin tətbiq olunacağını istisna etməyiblər.

Qeyd edək ki, 300 avtobusdan çox nəqliyyat parkına malik "Xaliq Faiqoğlu" şirkəti Bakıda 13 marşrut üzrə sərnişindaşıma xidməti göstərir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh