“Mercedes” “Zapı”lə toqquşdu: sürücülər və sərnişin yaralandı

Qəzalar 18 Yanvar 2017 16:08 Oxunub 1257
“Mercedes” “Zapı”lə toqquşdu: sürücülər və sərnişin yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma başlanıb

Gəncə şəhərində avtomobil qəzası qeydə alınıb. Avtosfer.az "Report"a isitnadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Heydər Əliyev parkının yaxınlığında baş verib. Belə ki, "Zaporojest" markalı avtomobil benzin doldurma məntəqəsindən maqistral yola çıxan zaman “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Zaporojest" markalı avtomobildə olan qadın sərnişin müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım maşını çağrılıb. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qadın sərnişinin vəziyyəti normaldır, sürücülər - Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Şahin Əsədov və 1967-ci il təvəllüdlü Uğur Musayevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh