Yollara sürücüsüz avtomobillər buraxıldı – VİDEO

Yeniliklər 25 Sentyabr 2014 18:32 Oxunub 1716
Yollara sürücüsüz avtomobillər buraxıldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Google» şirkəti bu maşınların istismarına icazə alıb: daha sürücüyə ehtiyac qalmadı

Bu aydan özüidarəedilən «Google» avtomobilləri Amerika Birləşmiş Ştatlarının Kaliforniya şəhərində ümumi istifadə edilən yollarda hərəkət etmə icazəsi alıblar. «Google» şirkəti son bir neçə il ərzində özüidarəedilən avtomobillər sahəsində gözəçarpacaq uğurlar əldə edib.

Avtosfer.az-ın məlumatına görə, oxu.az Hi-news.ru-ya istinadən xəbər verir ki, avtomobillər milyon kilometrlə yol getsə də bir dəfə də olsun qəzaya uğramayıblar. Keçən həftə nəqliyyat vasitələrinin Dövlət Departamenti ümumistifadə yollarına avtomobillərin hərəkətinə dair ilk 29 icazəni verib. Öz növbəsində Google şirkəti bu icazənin 25-ni öz “Lexus” avtomobilləri üçün alıb. Paralel olaraq “Audi” və “Mercedes” şirkətləri də öz avtomobilləri üçün icazə alıblar.

Özüidarəolunan avtomobillər qanunsuz idilər, cari vaxta qədər onları tənzimləyən hüquqi baza mövcud deyildi. İndi isə istənilən şirkət özüidarəedilən avtomobilin sınağı üçün icazə əldə edə bilər. Birinci bildirişin məbləği 150 dollardır, növbəti dəfə isə bu məbləğ 50 dollar olur, bunu “The Verge” resursu bildirib.

Bu icazələr inkişaf edən texnologiyaları qanuniləşdirmək və reqlamentləşdirmək üçündür. Bundan başqa Kaliforniya hər zaman müxtəlif tədqiqat və müşahidələr sahəsində ön plandadır. “Avtomobillərin ümumistifadə yollarında yoxlanması texnologiyanın inkişafında irəli atılmış bir addım və özüidarəedilən avtomobillərin həyatımızda rolunun yüksəldilməsi deməkdir”, - Departamentin direktoru deyib.

Qeyd etmək lazımdır ki, özüidarəedilən avtomobillər mütləq insan tərəfindən idarəyə keçməlidirlər, yəni onlar sükan və pedallarla təchiz edilməlidirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh