"Bu yol 20 ildir ki, bu gündədir: qazandığımı maşına xərcləyirəm" - FOTO+VİDEO

Yazarlar 18 Yanvar 2017 20:00 Oxunub 1486
"Bu yol 20 ildir ki, bu gündədir: qazandığımı maşına xərcləyirəm" - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Yağışlı havalarda yolda iri gölməçələr yaranır

İsmayıllının Aşağıbaş kəndinin yollarının təmir-bərpaya ehtiyacı var. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, uzun illərdir bərbad olan yolda qış aylarında gediş-gəliş daha da çətinləşir. Yağışlı havalarda yolda iri gölməçələr yaranır. Hərəkət çətinləşir, piyadalar çətinlik çəkir.

Şahnaz Əzizova (məktəbli): "Məktəbə gedəndə üstümüz palçıq olur, bulaşır".

Turab Əmrahov (sakin): "20 ildir ki, bu küçələr belədir".

Şahid Mənsimov (sakin): "Yollar pis gündədir. Taksi işləyirəm. Qazandığımı da maşına xərcləyirəm".

 

Problemlə bağlı kənd sakinləri bir neçə dəfə lazımi qurumlara müraciət edib. Ancaq problem həllini tapmayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, il ərzində bu problem həll olunacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh