Yük maşını qəzaya düşdü: 5 ton kartof yola dağıldı

Qəzalar 18 Yanvar 2017 20:13 Oxunub 1140
Yük maşını qəzaya düşdü: 5 ton kartof yola dağıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkir rayonunda yük avtomobili qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 386-cı kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib. Belə ki, Ağcəbədi rayon sakini, 1968-ci il təvəllüdlü Cabir Mövsümovun idarə etdiyi "QAZ-53" markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət almasa da, avtomobilin yük yerində olan 5 tona yaxın kartof yola dağılıb. Avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Məlumata görə, C Mövsümov kartofu Bakı şəhərinə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh