Yol polisi trasda sürücüləri yoxladı və cərimələdi - Reyddən VİDEO

Qaydalar 18 Yanvar 2017 23:21 Oxunub 3320
Yol polisi trasda sürücüləri yoxladı və cərimələdi - Reyddən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyddə polisin "saxla" əmrinə tabe olmayıb qaçan sürücülər də olub

Baş Dövlət Yol Polisi Bölməsinin Yol-Patrul Xidməti Alayının 12-ci tağımının əməkdaşları tərəfindən Hacıqabul-Bəhrəmtəpə yolunun Sabirabad ərazisində reyd keçirilib. Qaydaları pozan sürücülər cərimələnib. Məlum olub ki, bəzi sürücülər yükdaşıma qaydalarını pozduğu üçün polisdən yayınaraq kənar yollardan istifadə edirlər. Bəzilərinin isə sürücülük vəsiqəsi yoxdur. Yol polisi əməkdaşlarının keçirdikləri reyd zamanı avtomobilini texniki baxışdan keçirməyən, sürücülük vəsiqəsi olmayan, həmçinin, polisin "saxla" əmrinə tabe olmayıb qaçan sürücülər diqqət mərkəzində olub.

DYP əməkdaşları Sabirabad ərazisində, xüsusi ilə də yaşayış məntəqələrində və ondan kənarda sürücülərin və piyadaların hərəkətini, mal-qaranın yollardan ötürülməsi qaydalarını yoxlayıb.

Reyd zamanı qaydaları pozan 15 sürücüyə cərimə tətbiq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh