Bu yolda qoyulan yol nişanları sürücüləri çaş-baş salır - VİDEO

Yazarlar 18 Yanvar 2017 23:41 Oxunub 3200
Bu yolda qoyulan yol nişanları sürücüləri çaş-baş salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biri deyir, düzünə get, digəri isə hər iki istiqamətə icazə verir

Paytaxtda hərəkətin ən intensiv olduğu küçələrdən birində qoyulan yol nişanları sürücüləri çaş baş salır. Belə ki, nişanlardan biri yalnız düzünə, qarşıdakı nişan isə hər iki istiqamətdə hərəkətin mümkün olduğunu göstəririr. Bu isə sürücülərin tez-tez cərimələnməsi ilə nəticələnir. Söhbət Xutor dairəsi ilə Qələbə dairəsini birləşdirən Salamzadə küçəsindən gedir. Qələbə dairəsi istiqamətində ki yolda quraşdırılan nişanlardan gedir.

Sürücülər bu yolda polislə tez -tez anlaşmazlıqlar yaşandığını işarənin isə ümumiyyətlə yanlış olduğunu deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov düzünə hərəkət nişanının yalnış yerdə qoyulduğunu, sürücülərin də elə buna görə çaş-baş qaldığını deyir. Onun sözlərinə görə, yol nişanları Azərbaycan qanunvericiliyinə görə yolun hərəkət hissəsinin sağ tərəfində qoyulmalıdı, sol tərəfdə isə ancaq təkrar xarakterli olmalıdır.

Ekspert nişanın sağ tərəfdəki səkiyə keçirilməsi və asfalt üzərinə oxlar çəkilməsi ilə problemi aradan qaldırmağın mümkün olduğunu deyir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə bildirib ki həmin əraziyə baxış keçiriləcək. Əgər nişanlar arasında ziddiyət müəyyən edilsə, biri ləğv olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh