Bakının mərkəzində küçəni zibilləyən sürücü kameraya düşdü - VİDEO

Yazarlar 23 Yanvar 2017 15:15 Oxunub 4298
Bakının mərkəzində küçəni zibilləyən sürücü kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhər tezdən hamı şirin yuxuda olanda anası yaşda qadınlar bu yolları əzab-əziyyətlə təmizləyir

Sürücü mədəniyyəti dedikdə təkcə sükandan bərk-bərk yapışıb qaydalara əməl etmək nəzərdə tutulmur. Mədəni sürücü həm də ətraf mühitə qarşı həssas yanaşmalı, yolları, küçələri çirkləndirib zibilləməməlidir. Amma təəssüflər olsun ki, yolları zibilləyən sürücülər də az deyil. Onlardan biri yanvarın 18-də Bakıda Bülbül prospektində («Sahil» metrosunun qarşısında) Avtosfer.az-ın kamerasına tuş gəlib. Svetoforda dayanan 01-BO-401 dövlət qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomobilin sürücüsü bir neçə saniyə ərzində avtomobildən yerə dəfələrlə zibil ataraq küçəni zibilləyib. Görünür, onun sürücü mədəniyyətindən hələ tam anlayışı yoxdur. Yəqin ki, öz evini, öz həyətini də belə zibilləyir.

Həmin sürücü dərk etsə ki, səhər tezdən hamı şirin yuxuda yatan vaxt anası yaşda qadınlar bu yolları əzab-əziyyətlə təmizləyir, bəlkə onda utandığından o zibilləri yerə atmazdı.

Unutmayaq ki, ölkənin inkişafı, təmizliyi hər birimizdən başlayır. Ona görə də, hər birimiz yolda mədəni və ağıllı olmalıyıq. Ümid edirik ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu videodakı avtomobilin sürücüsü ilə bağlı ölçü götürüb ona sürücülük mədəniyyəti barədə məlumat verəcək.

Qeyd edək ki, sürücünün avtomobildən kənara hər hansı əşya atması inzibati xəta tərkibi yaradır və 40 manat cərimə nəzərdə tutulur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh