Gəncədə 66 yaşlı kişini avtomobil vurub

Qəzalar 19 Yanvar 2017 02:14 Oxunub 983
Gəncədə 66 yaşlı kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vurub

Gəncə şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub. Hadisə bu gün axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Raqif Əli oğlu Həsənov yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh